- Baxış sayı: 30
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasının XII turunun “Sumqayıt” – “Sabah” oyunundan (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Vaqif Cavadov mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, “kimyaçılar”ın çalışdırıcısı oyun haqda bunları deyib:
“Çox yaxşı komandaya qarşı oynadıq. Futbolçularım matça yaxşı motivasiya olmuşdular. Məşqdə istədiklərimizi oyunda icra etdilər. Çətin, amma çox lazımlı qələbə idi. Ümidvaram ki, bundan sonra da komandada qələbə ruhu davam edəcək”.