“C” kateqoriyalı məşqçi kursu

Azərbaycan idman akademiyasında UEFA-nın “C” kateqoriyalı məşqçi kursu keçirilib.

Allsport.az xəbər verir ki, məşğələ Azərbaycan Futbol federasiyaları assosiasiyasının (AFFA) və Azərbaycan idman akademiyasının (AİA) peşəkar metodist-təlimçiləri tərəfindən tədris olunub. Kursdan yüksək nəticələr əldə etmiş tələbə və məzunlar sonda UEFA-nın “C” kateqoriyalı məşqçi lisenziyaları və diplomları ilə təltif olunub.

Son illər AİA və AFFA-nın birgə əməkdaşlığı çərçivəsində keçirilən UEFA-nın “C” kateqoriyalı kurslarının məqsədi “Məşqçilik” (futbol) ixtisası üzrə bakalavriat təhsil səviyyəsinin sonuncu kurs tələbələrinin və məzunlarının UEFA yanaşmalarına uyğun olaraq kütləvi futbol təlimi sahəsində bacarıqlarını artırmaq və onların karyera imkanlarını genişləndirməkdir.

Həmin kateqoriyadan

azenrutr