ÖZƏL
Cahangir Hacıyevin istefası ilə eyni gündə “Bağlan Qrup”da toplantı təşkil olundu

«Bakı» və «Lans»da işlər yoluna düşür

Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının martın 18-də keçirilmiş iclasında qurumun idarə heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifəsindən azad edilməsi barəsində ərizəsi qəbul olunub. Allsport.az saytı xəbər verir ki, onun vəzifəsinin müvəqqəti icrası 1-ci müavini Emil Mustafayevə həvalə edilib. Azərbaycan dövlətini bankda təmsil edən Maliyyə Nazirliyi, həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.

Məlum olduğu kimi, Cahangir Hacıyev Bakı «İnter»inin rəsmi, «Simurq» klubunun dolayısı ilə sahibidir. Onun gedişi nəticəsində bu 2 komandanın gələcəyi taleyi qaranlıq qalıb. Təcrübə göstərir ki, rəhbər kürsü tutan klub və ya federasiya prezidenti vəzifəsinin gedişindən sonra, cavabdehlik daşıdığı idman növündə zaman-zaman maddi sıxıntılar yaşanır və həmin sahə tədricən iflic vəziyyətinə düşür.

Əldə etdiyimiz bilgiyi görə, Cahangir Hacıyevin istefa ərizəsinin qəbulu ilə eyni gündə, yəni, dünən axşam «Bağlan Qrup»da şirkətin prezidenti Hafiz Məmmədovun iştirakı ilə toplantı təşkil olunub. İşlər tədricən yoluna düşdüyündən, «Bağlan Qrup» əski şöhrəti üçün toparlanmaqdadır. Gəzən söz-söhbətə görə, tanınmış iş adamına borclu olan şəxslərdən biri də ABB-nin idarə heyətinin keçmiş sədri olub. Bu yaxınlarda «Park İnn» mehmanxanasında baş tutan AFFA İcraiyyə Komitəsinin konfransından Hafiz Məmmədov dolayısı ilə bəzi məqamlara işarə etmişdi. Bildirmişdi ki, maliyə əməliyatları ilə bağlı bəzi dostlarımızın, iş adamlarının bizə borcu var. O, konkret olaraq bir ad çəkmişdi: «Palmali» şirkənin rəsmisi Ələddin Ayqaç.

«Bağlan Qrup»da dünənki toplantı gecə saatlarında başa çatıb. Sonra Hafiz müəllim prezidenti olduğu «Bakı» klubunun icraçı direktoru Yaşar Seyidovu və komandanın katibi Zəka İbrahimovu qəbul edib. Onlarla söhbət uzun sürməyib. Sportinfo.az adı ikinci çəkilən «ağ-göy» rəsmisinin istefa verməsi ilə bağlı xəbər yayıb. Amma böyük ehtimalla, klub prezideni Yaşar Seyidovun ərizəsini qəbul etməyib, ona ürək-dirək verib. «Bakı»da daim yaxşı şəraitə öyrənşmiş futbol mütəxəssisi, deyəsən, belə gərginliyə sonadək tab gətirmək niyyətində deyil.

Bu arada, srağagün günorta «zolaqlılar»ın avtobusu AFFA-nın binası qarşısında görünüb. Əsas heyət və öndə baş məşqçi İbrahim Uzunca olmaqla klubun bank zəmanətçisi – «Paşabank» daha bir ayın maaşını “Bakı”ya ödəyib. Paytaxt təmsilçisi martın əməkhaqqısını alıblar. Yanvarın pulu haqda isə onlara heç nə söylənilməyib.

Sportinfo.az-ın yaydığı məlumata görə,  Hafiz Məmmədov “Lans”ın Liqa 1-dən uzaqlaşdrılmaması üçün lazım olan vəsaiti əldə edib. Bununla bağlı ötən gün firənclərin prezidenti Jerve Martel Bakıda olub. O, Məmmədovla görüşdə maliyyə durumu ilə son vəziyyəti öyrənib. Sonra klubun səhmdarı ziyafət təşkil edib. Ziyafətdə Hafiz Məmmədovun böyük qardaşı Mübariz Məmmədov da iştirak eləyib. 1 ildən artıqdı İsveçrəyə köçən M.Məmmədov yenidən Azərbaycanda çalışacaq. Tikinti sektorunda fəaliyyəti ilə tanınan Mübariz bəyin “Lans”la nə iş görəcəyi hələlik bizə qaranlıq qalıb.

Həmin kateqoriyadan