“Çalışacağıq ki, oyundan qopmayaq, sona kimi soyuqqanlı davranaq”

Çempionlar liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferensvaroş” (Macarıstan) oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis ilk görüşdəki 3:1 hesablı qələbəyə baxmayaraq, bu dəfə daha ciddi olacaqlarını söyləyib: “Hamımız oyunun önəmli olduğunu bilirik. Vacib matçdır. Amma həddindən artıq soyuqqanlı olmalıyıq. Çox yaxşı rəqibə qarşı oynayırıq. İlk görüşdəki nəticə bizim bir az üstünlüyümüzü göstərir. Amma qətiyyən səfərdəki qarşılaşmanı düşünməli deyilik. “Ferensvaroş” çox təhlükəli rəqibdir, özünə xas oyun üslubu var. Rəqibin daha çox riskə gedəcəyini düşünürük. Buna hazır olmalıyıq. Çalışacağıq ki, oyundan qopmayaq, sona kimi soyuqqanlı davranaq, uğurlu nəticə üçün əlimizdən gələni edək”.

Həmin kateqoriyadan