Cavid Qurbanov Voleybol federasiyasının yeni prezidenti seçilib

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantını giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov voleybolun Azərbaycanda böyük ənənələrə məxsus olduğunu deyib. Sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun bu vəzifəyə seçilməsi ilə bağlı təklif irəli sürülüb və o, yekdilliklə bu təşkilata rəhbər seçilib.

Voleybol federasiyasının yeni prezidenti seçkidən sonra bunu qeyd edib: “Qarşıda, 2017-ci ildə Bakıda voleybol üzrə Avropa çempionatının final mərhələsinin puşkatması keçiriləcək. Bu çox məsuliyyətli və mötəbər tədbirə ciddi şəkildə hazırlaşmalıyıq. Təbii ki, məşqçi və digər məsələlərdə də dəyişikliklər olacaq”.

 

Həmin kateqoriyadan