- Baxış sayı: 368
- 12 Mart 2026 12:55
- Baxış sayı: 368
- Mart 12, 2026
- 0

Qroznıda Çeçenistan Respublikasının prezidenti Ramazan Qədirovun kuboku və əməkdar idman ustası Adlan Varayevin mükafatı uğrunda sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir start götürüb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə bizdən 1 medal qazanılıb.
65 kq-da çıxış edən Məhəmməd Müslümov finala qədər inamla irəliləyib. Qızıl mükafata gedən yolda onun önünü həmyerlisi, Rolşanı təmsil edən Məhəmmədmurad Hacıyev kəsib – 2:5.
Digər güləşçimiz Aslanbəy Alborov (97 kq) 5-ci olub. Pərviz İbrahimov (57 kq), Hacı Əlicanov (97 kq) daha erkən uduzublar.