Cekson “Bavariya”dan gedəcək

“Bavariya”nın hücumçusu Nikolas Cekson mövsümün sonunda Münhen klubunu tərk edə bilər.

Allsport.az xəbər verir ki, klubun idman direktoru Maks Eberl seneqallı forvardı daimi əsasla almağı planlaşdırmadıqlarını bildirib. Harri Keynlə rəqabətdə əsas heyətə düşməkdə çətinlik çəkən Ceksonun 65 milyon avroluq icbari satınalma bəndinin aktivləşməsi üçün 40 matçda start heyətində yer alması şərti yerinə yetirilməyib.

Futbolçunun agenti Əli Barat gələcək planlar arasında “A” seriyası variantının da olduğunu qeyd edib.

Həmin kateqoriyadan