- Baxış sayı: 7
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 112
- Dekabr 05, 2025
- 0

Hücumçu Nikolas Cekson karyerasını “Bavariya”da davam etdirəcək.
Allsport.az xəbər verir ki, bundesliqa klubu 24 yaşlı futbolçunu “Çelsi”dən 16,5 milyon avroya icarəyə götürüb.
Müqavilənin şərtlərinə hücumçunun razılaşdırılmış sayda matçda oynadığı təqdirdə 65 milyon avroluq məcburi satınalma daxildir.
“Bavariya” seneqallının illik 8 milyon avro maaşını öz üzərinə götürüb.
Ötən mövsüm Cekson “Çelsi”nin heyətində İngiltərə premyer liqasında 30 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.