- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Qarabağ”ın çempionlar liqasının əsas mərhələsinin IV turunda “Çelsi”yə qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, noyabrın 5-də Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq görüşə Avstriyadan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Sebastian Gişamer idarə edəcək. Roland Riedel və Santino Şreiner baş hakiminin köməkçiləri olacaqlar. Uolter Altmann dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Manuel Şuettenqruber və Jozef Sparni olacaqlar.
UEFA çempionlar liqası
Əsas mərhələ, IV tur
5 noyabr
21:45. “Qarabağ” – “Çelsi”
Baş hakim: Sebastian Gişamer
Baş hakimin köməkçiləri: Roland Riedel, Santino Şreiner
Dördüncü hakim: Uolter Altmann
VAR: Manuel Şuettenqruber
AVAR: Jozef Sparni
(Hakimlər briqadası Avstriyadandır)
Tofiq Bəhramov adına respublika stadionu