- Baxış sayı: 37
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 52
- Yanvar 20, 2026
- 0

“Çelsi” “Renn”in müdafiəçisi Ceremi Cake ilə müqavilə imzalamağa yaxındır.
Allsport.az xəbər verir ki, paytaxt təmsilçisinin 20 yaşlı fransalı futbolçu üçün 56 milyon funt-sterlinq ödəməyə hazır olduğu bildirilir.
“Zadəganlar” müdafiə xəttindəki problemləri aradan qaldırmaq üçün bu transferdə israrlıdır. Uzun müddətdir gənc müdafiəçini izləyən “Arsenal”ın isə bu mübarizədə rəqibindən geri qaldığı qeyd olunur. “Çelsi” rəhbərliyi çempionlar liqası üçün qeydiyyat siyahısında bir yer saxlayaraq, yeni oyunçunun gəlişinə zəmin hazırlayıb.
Cake cari mövsümdə “Renn”in heyətində bütün turnirlər daxil olmaqla 17 matçda meydana çıxıb.