“Çelsi”dən “Əl-Nəsr”ə keçidinin səbəbini açıqladı

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Joau Feliks ötən yayda “Çelsi”dən Səudiyyə Ərəbistanı klubuna gözlənilməz transferinin səbəblərini izah edib.

Allsport.az xəbər verir ki, 25 yaşlı futbolçu qərarında dünya çempionatının mühüm rol oynadığını bildirib: “”Çelsi”də xoşbəxt idim, ora top-klubdur. Lakin özüm üçün doğru olanı etməli idim. Dünya çempionatına yollanmaq məsələsi həlledici oldu. Mundial hər dörd ildən bir keçirilir və mən orada mütləq olmaq istəyirdim. Buna görə də seçimimi bu yöndə etdim”.

“Əl-Nəsr” ötən ilin iyulunda portuqaliyalı ulduzu 30 milyon avro (üstəgəl 20 milyon avro əlavələr) qarşılığında transfer edib. Karyerası ərzində “Benfika”, “Atletiko”, “Barselona” və “Milan” kimi nəhənglərdə çıxış edən Feliks, Səudiyyə klubunda möhtəşəm mövsüm keçirir. O, cari mövsümdə çıxdığı 37 rəsmi matçda 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan