“Çelsi”nin baş məşqçisi cəzalandı

“Çelsi”nin baş məşqçisi Enzo Mareska “Liverpul” üzərində matçın son dəqiqəsində qazanılan qələbəni qeyd etməsi səbəbiylə İngiltərə futbol assosiasiyası (FA) tərəfindən cəzalandırılıb.

Allsport.az xəbər verir ki, komandası qələbə qolunu vurduqdan sonra Mareska meydançanın kənar xətti boyunca qaçaraq oyunçuları ilə birlikdə qələbəni qeyd edib. Bu hərəkətə görə o, meydandan kənarlaşdırılıb.

İtaliyalı mütəxəssis, klubunun vacib 3 xal qazanmasından sonra qırmızı vərəqənin “buna dəydiyini” söyləmişdi.

Lakin indi Mareska FA tərəfindən əlavə cəzalandırılıb. Assosiasiya, Mareskanın irəli sürülən ittihamı qəbul etdiyini və standart olaraq təyin olunan 8 min funt-sterlinq (təxminən 17 000 AZN) məbləğində cərimə ilə razılaşdığını açıqlayıb.

Həmin kateqoriyadan