- Baxış sayı: 26
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

“Marsel”in ücumçusu Pyer-Emerik Obameyanq açıqlama verib.
Allsport.az xəbər verir ki, qabonlu futbolçu “Çelsi”də keçirdiyi çətin dövr haqqında danışıb:
“Ora getmək böyük bir səhv idi. O vaxt “Barselona”da çətin bir dövr keçirirdim. Evimdə soyğunçuluq baş verdi və “Barselona” bir oyunçunu – məni və ya Memfis Depayı satmalı idi. Mənim yeganə seçimim “Çelsi” idi. Ona görə də dedim ki, “Yaxşı, ailəm üçün gedərəm, hətta “Çelsi” olsa belə.”… Düşünürdüm ki, bəlkə də hər şey yaxşı olacaq. Olivye Jiru “Arsenal”dan “Çelsi”yə keçdi və onun heç bir problemi yox idi, amma mənim üçün fərqli idi”.
Obameyanq 2022-ci ilin sentyabrında “Barselona”dan 12 milyon avroya “Çelsi”yə keçib. O, klubla iki illik müqavilə imzaladı, lakin bir il sonra “Marsel”ə pulsuz transfer oldu. Hücumçu London klubunda 21 oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib.