- Baxış sayı: 43
- 23 Dekabr 2024 20:23
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Elnur Məmmədli 2008-ci ilin avqustun 11-ində Pekin olimpiadasında bütün rəqiblərinə aşkar üstünlüklə qalib gələrək qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, olimpiya çempionu hazırda Azərbaycan cüdo federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir və ölkəmizdə cüdonun inkişafında sarsılmaz dayaq və aparıcı qüvvə olmaqda davam edir. Onun fəaliyyəti cüdoda istedadların yetişdirilməsinə, onların qlobal arenada müstəsna çıxışlarının artırılmasına yönəlib.
“İdmana gəlməyimdə ən böyük səbəbkar mənim anam olub. 1992-ci ildə Nazim Hüseynov ilk azərbaycanlı olimpiya çempionu kimi adını tarixə yazdırdı. Mənim də uşaqlıqdan ən böyük arzum olub ki, Müstəqil Azərbaycanın ilk olimpiya çempionu məhz mən olum. O günü aydın xatırlayıram – çempion olmağıma o qədər əmin idim ki, bunu həm bizim idmançılara, həmdə xarici idmançılara çəkinmədən deyirdim. Başa düşürdüm ki, bu mənim həyatımın şansıdır və mən bu şansı əldən verə bilmərəm. O zaman mən reytinqdə birinci idim. Olimpiya çempionu olmağım mənim həyatımı dəyişdi.
İstər dünya çempionu olsun, istərsə Avropa çempionu olsun qələbə ili ilə bağlı suallar təbii olaraq yaranır. Lakin olimpiya çempionu olmaq şərəfi ömürlük mükafat olaraq qalır, bu zamandan daha üstündür. Azərbaycanda olimpiya çempionunun sayı çox olmasının şahidi olmaq və möhtəşəm nailiyyətlərimiz ilə Möhtərəm prezidentimiz İlham Əliyevi qürurlandırmağı çox arzulayıram”, – Elnur Məmmədli beynəlxalq cüdo federasiyasının rəsmi saytına müsahibəsində deyib.