“Çempion olmaq üçün ən yaxşılarla qarşılaşmalı olduğumuzu başa düşürük”

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının ilk turunda “Atalanta” üzərində 4:0 hesablı qələbəni şərh edib.

Allsport.az xəbər verir ki, gürcü oyunçu qələbə görə sevindiklərini bildirib: “Atalanta” çox yaxşı komandadır, amma düşünürəm ki, bu, bizim günümüz idi. Əlimizdən gələni etdik və öz oyunumuzu oynamağa çalışdıq. Qarşıda çətin matçlarımız var. Çempion olmaq üçün ən yaxşılarla qarşılaşmalı olduğumuzu başa düşürük”.
Çempionlar liqasının ikinci turunda PSJ səfərdə “Barselona”, “Atalanta” isə “Brügge”ni qəbul edəcək.

Həmin kateqoriyadan