- Baxış sayı: 21
- 05 Dekabr 2025 20:39
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasının V turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan (0:5) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, mütəxəssis qarşılaşma barədə bunu deyib: “Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət oldu. Çempionatda hər xal itkisi turnir cədvəlində işimizi çətinləşdirə bilərdi. Qarşımızda möhkəm kollektiv var idi. Uğur bizim tərəfimizdə oldu. Futbolçularım bəzi epizodlarda diqqətsizlik etsələr də, oyunun ümumi gedişatından razı qaldım. Azarkeşlərimizə təşəkkür edirəm. Stadionda yaxşı ab-hava yaratdılar. Sayları az olsa da, futbolçulara sona qədər dəstək oldular”.