- Baxış sayı: 26
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

“İnter”in baş məşqçisi Kristian Kivu çempionlar liqasının dördüncü turunda “Kayrat” üzərində 2-1 hesablı qələbəni şərh edib.
Allsport.az xəbər verir ki, rumın mütəxəssis görüş barədə bunu deyib:
“İnter” daha yaxşı oynaya bilərdi, amma bizim üç xalımız var və ən əsası da budur. Dörd oyundan sonra 12 xala sahib olmaq istəyirdik və buna nail olduq. Turnir cədvəlindəki mövqeyimizə baxanda, bunu olduğu kimi qəbul edirəm. Çempionlar liqası həmişə çətin olur. Oyunçuları mümkün qədər motivasiya etmək üçün çalışıram. Bu gün daha yaxşı oynaya biləcəyimiz vaxtlarda bir az tələsdik. Amma sonda yaxşı oynadıq, qol vurduq və qalib gəldik”.
“İnter” 12 xalla turnir cədvəlində üçüncü yerdədir. “Kayrat” isə bir xalla 34-cüdür.