“Qol vura bilməyəcəyik deyə təəssürat yaranırdı”

“Napoli”nin baş məşqçisi Antonio Konte “Qarabağ”la oyundan (2:0) sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, matçla bağlı bunu deyib:

“Bu, Neapol şəhəri və klubumuz üçün xüsusi bir gün idi. Dieqo Maradonanın vəfatının ildönümündə layiqli çıxış etməyə çalışdıq”. Futbolçuların durumu baxımından çətin bir dövrdəyik.

Çempionlar Liqasında asan rəqib yoxdur. “Qarabağ” çətin rəqibdir. Onların “Çelsi” və “Benfika” ilə oyunları hər şeyi açıq şəkildə göstərir. Rəqibin qapıçısı möhtəşəm qurtarışlar etdi. Qol vura bilməyəcəyik deyə təəssürat yaranırdı”.

Həmin kateqoriyadan