- Baxış sayı: 213
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının yeni mövsümünün püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, Romada təşkil olunan mərasimdə Azərbaycan çempionu “Azərreyl” və “Telekom”un da rəqibləri müəyyənləşib.
Püşkə əsasən, “Azərreyl” komandası “C” qrupunda “Sent-Rafael Var” (Fransa), “Fənərbağça” (Türkiyə) və təsnifat mərhələsinin 2-ci cütünün qalibi ilə qarşılaşacaq.
“Telekom” klubu isə “A” qrupunda yer alıb. Bakı təmsilçisi “Ximik” (Polşa), “İmoko Konelyano” (İtaliya) və təsnifat mərhələsinin üçüncü cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, qrup mərhələsinin oyunlarına dekabrda start veriləcək. Qalib isə gələn il aprelin 23-də müəyyənləşəcək.