- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

17-21 sentyabrda Bolqarlstanın paytaxtı Sofiyada keçiriləcək yarışda ölkəmizi “Birbaşa Bakı” , “Zirə” və “Aznur” komandaları təmsil edəcək.
Allsport.az xəbər verir ki, artıq klublarımızın rəqibləri də məlumdur.
Çempionlar liqasının son qalibi olan təmsilçimiz “Birbaşa Bakı” “F” qrupunda “Red Star”(Serbiya), “Portu” (Portuqaliya), ARRV (Rumıniya) komandaları ilə mübarizə aparacaq. Ölkə çempionatının gümüş mükafatçısı “Zirə” isə “C” qrupunda “Afula” (İsrail), MF 22 (Slovakiya) və “Ruftop Budapeşt” (Macarıstan) kollektivləri ilə yarışacaq.
Turnirdəki daha bir təmsilçimiz “Aznur” “G” qrupunda “Kayrat” (Qazaxıstan), “Ovyedo” (İspaniya) və “Hoverla Praqa” (Çexiya) komandaları ilə qarşılaşacaq.