“Çempionluq haqqında düşünmürdüm, məqsədim hər-hansı mükafat qazanmaq idi”

“Olimpiya oyunlarında qızıl medal qazanmağım, uzaq Braziliyada Rioda Azərbaycanın dövlət himninin səsləndirilməsi qürurvericidir. Bunlar izaholunmaz hisslərdir”. Allsport.az saytı xəbər verir ki, bu açıqlamanı Rio-2016-nın qızıl medalçısı Radik İsayev deyib. Azərbaycan taekvondoçusu hər döyüşə xüsusi hazırlaşdığını deyib:

“Mən hər döyüşə çıxanda bacardığımın ən yaxşısını etmək üçün çalışıram. Rəqiblərimin hamısını tanıyırdım. Çempionluq haqqında düşünmürdüm, məqsədim hər-hansı mükafat qazanmaq idi. Amma finala çıxdım, qızıl medal qazandım.

Finaldakı rəqibimi baş məşqçinin tapşırıqlarını yerinə yetirməklə məğlub etdim. Döyüş vaxtı da yalnız məşqçimin dediklərini edirdim. Qələbəmi isə azarkeşlərimə və anama həsr edirəm. O, mənim medallarımı yığır”.

Həmin kateqoriyadan