- Baxış sayı: 37
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 127
- Noyabr 28, 2024
- 0
Bu gün “Qarabağ”la müqavilə yeniləyən Şahruddin Məhəmmədəliyev klubun rəsmi saytına açıqlama verib. Allsport.az xəbər verir ki, qapıçı yeni mövsümün hədəfləri barədə danışıb:
“Daha 2 il “Qarabağ”da qalacam. Buna görə çox sevinirəm. Bu komanda mənim ailəmdir. Evdən çox komandamızın bazasında zaman keçirirəm. Burada hamı mənə doğmadır. Hədəflərimiz dəyişmir. Yeni mövsümdə çempionluq titulunu geri qaytarmaq, eləcə də çoxdandır əldə etmədiyimiz kuboku qazanmaq istəyirik.
Avrokuboklara gəlincə, biz hər il qrup mərhələsinə vəsiqə qazanmaq üçün meydana çıxırıq. Konfrans Liqası yeni çağırışdır. Başlıca olaraq, ilk turda qələbə qazanmaq, mərhələ keçmək haqda düşünürük. Sonrası haqda hər oyundan sonra danışarıq. Allahın köməyi ilə bu il hədəflərimizə çatacağıma inanıram”.