Ceyms yenidən zədələnib

“Çelsi”nin kapitanı Ris Ceyms budundan aldığı zədə səbəbindən bir neçə həftəlik sıradan çıxıb.

Allsport.az xəbər verir ki, 26 yaşlı müdafiəçi martın 14-də premyer liqanın “Nyukasl”la oyununda (0:1) 90 dəqiqə meydanda olsa da, matçdan sonra ağrıları yaranıb.

Bu, futbolçunun 2020-ci ildən bəri eyni nahiyədən aldığı 10-cu zədədir.

Cari mövsümdə 36 matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalan Ceyms, martın 17-də çempionlar liqasının 1/8 final mərhələsi çərçivəsində PSJ ilə keçiriləcək vacib cavab oyununu buraxmalı olacaq.

Həmin kateqoriyadan