Çimərlik voleybolçularımız beynəlxalq yarışa yollanıb

Çimərlik voleybolçularımız “Bioderma Pro Beach Tour” açıq çempionatında iştirak edəcəklər.

Allsport.az xəbər verir ki, bu gün komanda beynəlxalq yarışda iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Mersin şəhərində təşkil olunacaq “Bioderma Pro Beach Tour”da ölkəmizi 3 qadın (Səbinə Əlizadə-Lizi Latsabidze; Nərmin Səmədzadə-Fidan Əhmədxanova; Larisa Smetsova-Çinarə Quliyeva) və 3 kişi komanda (Vadim Kutukov-Heydər Məmmədli; Nəriman Bayramlı-Muhammad Aslanlı; İbrahim Məmmədov-Aqşin Ağazadə) cütləri təmsil edəcəklər. Yarışda kişilər İqor Olefirin, qadınlar isə Nihad Tanrıverdiyevin baş məşqçiliyi ilə mübarizə aparacaqlar.

Həmin kateqoriyadan