- Baxış sayı: 58
- 18 Mart 2026 20:11
- Baxış sayı: 207
- Mart 19, 2026
- 0

Tokio-2020-nin 7-ci günü sona çatıb. Allsport.az saytı xəbər verir ki, daha 17 medal dəsti sahibini tapıb.
Bununla da ümumilikdə 112 mükafat dəsti uğrunda mücadilə yekunlaşıb. Buna 66 ölkə təmsilçiləri yiyələnib. Onlardan artıq 39-u çempionluq sevinci yaşayıb.
Azərbaycan millisi hələ də fərqlənə bilməyib. Medal sıralamasında Çin (15-7-9) öncüllüyü ələ alıb. Yaponiya 2-ci (15-4-6) və ABŞ (14-14-10) 3-cüdür.