- Baxış sayı: 424
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Milli Olimpiya Komitəsində Rio-2016-nın yekunu ilə bağlı mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək idmançılarımızın Olimpiya Oyunlarından Vətənə böyük qələbə ilə qayıtdıqlarını bildirib.
O, deyib ki, Azərbaycan iyirmi ildir Olimpiya Hərəkatında fəal iştirak edir. Ölkəmiz Atlanta-1996-dan başlayaraq Olimpiya yarışlarına daim artan heyətlə qatılır. Azərbaycan komandası Rio oyunlarında 1-i qızıl, 7-i gümüş və 10-u bürünc olmaqla 18 medal qazanaraq Vətənə rekord göstərici ilə qayıdıb. Bizə böyük sevinc yaşadan olimpiya millimizlə qürur duyuruq.
İdmançılarımızın 1996-cı ildə Atlantada bir medal qazanması həmin vaxt çox maraqla qarşılansa da, bu dəfə 18 medal əldə etməyimiz heç kimi təəccübləndirmədi. Çünki Azərbaycan artıq idman ölkəsi kimi tanınır.