- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
«Möhtəşəm oyun oldu. Düzü, ilk setin sonlarında məndə belə bir təəssurat yarandı ki, artıq uduzduq. Amma qızlarımız böyük əzmarlıq nümayiş etdirərək, 21:24 geridə olmalarına rəğmən, hissəni xeyirlərinə başa vurdular. Voleybolda belə vəziyyətdə qalib gəlmək əməli olaraq mümkün deyil. Amma komandamız böyük hünər göstərdi».
Allsport.az saytı xəbər verir ki, bunu Bakı idman sarayında jurnalistlərə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə dedi. Mütəxəssisin sözünə görə, millimiz dünya çempionatının finalında bu dəfə uğurlu çıxış edəcək:
«Ümid edirəm ki, voleybolçularımız Tokioda da bizi sevindirəcək. Çünki gözəl komandamız var. Bakıda hələ hamıdan istifadə edə bilmədik, kapitan zədəli olduğu üçün oynamadı. İnanıram ki, Yaponiya paytaxtında millimiz öncə dünya çempionatında, sonra Tokio-2020 olimpiadasına vəsiqə verən yarışlarda uğurlu nəticə göstərəcək».