- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Bakı-2015 Çinin Mərkəzi Televiziyası ilə saziş imzalayıb. Allsport.az saytı xəbər verir ki, anlaşmaya əsasən, CCTV 5 və CCTV 5+ idman kanallarına bu ölkə ərazisində müstəsna yayım hüquqları verilir. Təxminən 1,2 milyard tamaşaçı auditoriyası olan televiziya stansiyası vasitəsilə Oyunların açılış və bağlanışı, eyni zamanda, hər bir idman növü üzrə keçiriləcək yarışlar nümayiş etdiriləcək.
İlk Avropa Oyunları əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə deyib: “Çinin Mərkəzi Televiziyası ilə Asiyada çoxlu sayda idman azarkeşləri tərəfindən izlənməsini təmin edəcək saziş bağlamaqdan çox məmnunuq. Bakı-2015 Avropanın bir sıra elit idmançılarının yarışacağı möhtəşəm idman bayramı olacaq. Yarışların bütün dünyanın diqqət mərkəzində olacağını bilmək çox gözəldir”.
Müqaviləyə görə, yarışlar Çinin Mərkəzi Televiziyasının bütün rəqəmsal media platformaları, o cümlədən internet və mobil rabitə vasitəsilə yayımlanacaq. Mərkəzi televiziya Çində idman yayımı sahəsində əsas media qurumudur. Televiziya həm yay, həm də qış Olimpiya Oyunları, eyni zamanda, Asiya Oyunları, futbol üzrə dünya çempionatı, UEFA Çempionlar Liqası və digər bütün əsas idman yarışlarının yayım hüququna malikdir.
Çinin Mərkəzi Televiziyasının rəhbəri Jen Hepin bildirib: “İlk Avropa Oyunları beynəlxalq idman təqvimində möhtəşəm hadisə olacaq. Biz Bakı-2015-dən ən yaxşı anları Çindəki idman azarkeşlərimizə nümayiş etdirəcəyimizə görə çox məmnunuq”.