Ciu-citsu üzrə açıq paytaxt kubokuna yekun vurulub

“Sərhədçi” olimpiya-idman mərkəzində ciu-citsu üzrə açıq paytaxt kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Bakı şəhər gənclər və idman baş idarəsi və Azərbaycan ciu-citsu federasiyasının birgə təşkilatçılığı ilə turnirdə müxtəlif yaş qrupunda 265 idmançı birincilik uğrunda mübarizə aparıblar.

Yarışın yekun nəticəsinə əsasən, Əziz Rəsul (25 kq), Məhəmmədəli Zamanov (42 kq), Mehruz Bədəlov (50 kq), Yusif Səfərov (55 kq), Kərəm Məmmədov (55 kq), Tural Seyidzadə (56 kq), Ağasəlim Balaoğlanov (56 kq), Murad Məmmədzadə (60 kq), Emil Verdiyev (62 kq), Xəqani Mürsəlov (62 kq), Xalid Xaliqli (66 kq), Ayaz Süleymanov (94 kq), Həsən Abdullayev (+94 kq) bütün rəqiblərinə qalib gələrək, 1-ci yerə çıxıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə müxtəlif kateqoriyalar üzrə qalib gələn idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Həmin kateqoriyadan