ÇL-də rekordçu oldu

Çempionlar liqasının 1-ci turunda “Monako” – “Barselona” matçı keçirilib. Allsport.az saytı xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Lamin Yamal kataloniyalıların heyətində çıxış edib. Bu, onun ÇL-də 11-ci matçı olub. Görüş zamanı onun 17 yaş 68 günlük yaşı var idi.

Beləliklə, ispaniyalı 18 yaşa qədər turnirdə matçların sayına görə mütləq rekordçu olub və Cud Bellingem, Yuri Tielemans və Uorren Zairə-Emerini arxada qoyub.

O, həm də turnir tarixində 2-ci ən gənc qolçu olub. Mərakeş əsilli futbolçu ÇL-də 17 yaş 40 gündə debüt qolunu vuran komanda yoldaşı Ansu Fatiyə uduzur.

Həmin kateqoriyadan