- Baxış sayı: 74
- 21 Yanvar 2026 11:11
- Baxış sayı: 44
- Fevral 10, 2026
- 0

Dünyanın tanınmış tennisçisi, 38 yaşlı Novak Cokoviç Qətərin paytaxtı Dohada keçiriləcək “ATP 500” turnirində iştirakdan imtina edib.
Allsport.az xəbər verir ki, fevralın 16-dan 21-dək keçiriləcək yarışda serbiyalı idmançının iştirak etməməsinə səbəb onun bərpa prosesi üçün əlavə vaxta ehtiyac duymasıdır.
Cokoviç “Australian Open 2026” turnirinin finalında dünyanın bir nömrəli raketka ustası Karlos Əlqərəzə dörd setdə məğlub olub. Bu gərgin qarşılaşmadan sonra idmançı reabilitasiya dövrünü uzatmaq qərarına gəlib. Təcrübəli tennisçinin növbəti dayanacağının İndian-Uellsdə keçiriləcək “ATP 1000” turniri olacağı gözlənilir.