- Baxış sayı: 32
- 13 Aprel 2025 12:12
- Baxış sayı: 55
- Aprel 11, 2025
- 0
14 avqust – 1 sentyabrda Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, sonuncu yarış günündə kişilər arasında 50 metr məsafəyə tüfəngdən hədəfə atəş açmada qaliblər müəyyənləşib.
586 xal toplayan Polşa atıcısı Lukas Çapla qızıl medal qazanıb. Gümüş mükafata 583 xalla ukraynalı İqor Kizima yetişib. İlk üçlüyü 582 xalla isveçli Emil Martinsson qapayıb.
Bu növdə komanda yarışında Ukrayna 1-ci, İsveç 2-ci, Finlandiya 3-cü olub.
17 günlük yarışda Azərbaycan millisi güllə atıcılığında fərqlənib. Qadınların qazandığı medallar olimpiya proqramına daxil olmayıb. Dünya çempionatında bizimkilər Paris-2024 olimpiadasına vəsiqə də qazanmayıblar.