- Baxış sayı: 28
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

“Kayrat”ın müdafiəçisi Dəmir Kasabulad çempionlar liqasının 2-ci turunda “Real”la oyunla bağlı gözləntilərini bölüşüb.
Allsport.az xəbər verir ki, o, matçın tarixi olacağını deyib: “Bu, bizim üçün tarixi matç olacaq. Yaxın günlərdə “Real Madrid”i təhlil edəcəyik və bu oyuna hazırlaşmağa başlayacağıq. Çox adam zəng edib məndən bilet istəyib. Lakin klubdan bildirdilər ki, bütün azarkeşlər kimi, bütün dostlar və tanışlar özləri bilet almalıdırlar”.
“Kayrat” – “Real Madrid” matçı sentyabrın 30-da Almatıda keçiriləcək.