- Baxış sayı: 28
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Çempionlar liqasının əsas mərhələsinin üçüncü turu çərçivəsində keçirilən “Atletik” (İspaniya) – “Qarabağ” matçının (3:1) ardından baş məşqçimiz Qurban Qurbanov fikrini açıqlayıb.
Allsport.az xəbər verir ki, mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:
“Azarkeşlər üçün çox maraqlı oyun alındı. İstərdik ki, ən azı məğlub olmayaq. Bunun üçün imkanlarımız da var idi. Dünən sona kimi mübarizə aparacağımızı demişdim. Bu gün futbolçularım bunu bacardılar. Çox dinamik və sürətli komanda ilə qarşılaşdıq. Asan olmasa da, oyunçularımız rəqibin qarşısında möhkəm dayandılar. Belə gözəl atmosferdə bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm. Get-gedə rəqiblər güclənir, məsuliyyət artır. Çünki turlar keçdikcə bütün komandalar xallarının sayını artırmağa çalışacaq. Qarşıdakı matçlarda da intizamlı oynamağa və yaxşı mübarizə aparmağa çalışacağıq”.