“Çox güclü bir komanda ilə qarşılaşdıq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta premyer liqanın 14-cü turunda “Brentford” üzərində 2:0 hesablı qələbəni şərh edib.

Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyunçularından razı qaldığını bildirib:

“Çox güclü bir komanda ilə qarşılaşdıq. “Brentford”un qol vurmaq üçün çox şeyə ehtiyacı yoxdur – ya aut, ya da standart vəziyyətdən yararlanırlar. Onlar bu cür qol imkanları yaratmaqda yaxşıdırlar. Onlara qarşı 1:0 hesablı üstünlük heç vaxt kifayət deyil”.

“Arsenal” premyer liqa cədvəlinə 33 xalla başçılıq edir. “Brentford” isə 19 xalla 12-ci yerdədir.

Həmin kateqoriyadan