- Baxış sayı: 40
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 40
- Dekabr 05, 2025
- 0
Çempionlar liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, 53 yaşlı mütəxəssis matç barədə bunu deyib:
“Çox yaxşı komandaya qarşı oynayacağıq. “Şelburn” haqqında ancaq xoş sözlər demək olar. Onların çıxışını canlı izlədim. Özünə xas oyun üslubu və bunu düzgün yerinə yetirən futbolçuları var. Çox intizamlı və fiziki cəhətdən güclüdürlər. Oyun praktikası baxımından bizdən hazırlıqlıdırlar.
Çünki həm çempionatları davam edir, həm də çempionlar liqasının təsnifat mərhələsində iki görüş keçiriblər. Rəqib çox istəkli görünür. Standart vəziyyətlərdə təhlükəlidirlər. Bacarığını tam üzə çıxaran və bir-birini tamamlayan kollektivə sahibdirlər. Bütün bu amillərə görə, sabahkı matçda maksimum dərəcədə səhvsiz çıxış etməyə çalışacağıq”.