- Baxış sayı: 45
- 03 Fevral 2026 17:54
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0
Oktyabrın 10-da “ay-ulduzlular”ımız Bakı Olimpiya stadionunda Avropa çempionatı-2016-nın seçmə qrup mərhələsi çərçivəsində İtaliya millisi ilə matça çıxacaq.
Allsport.az saytı xəbər verir ki, həmin oyun yığmamızın üzvü Ruslan Abışov üçün əlamətdar olacaq. 27 yaşlı futbolçu həmin gün ad gününü qeyd edəcək. Müdafiəçimiz bu barədə belə deyib:
“Ad günümdə millimiz İtaliya ilə oynayacaq. İstərdim ki, baş məşqçinin etimadıın qazanıb, meydanda olum və görüşdə öz sözümü deyim. Çoxdandır yığmanın heyətində fərqlənmirəm”.