“Çox istərdim ki, İslandiya ilə matç həyəcanlı olsun”

Ayxan Abbasov bu gün keçiriləcək Ukrayna ilə oyun barədə danışıb.

Allsport.az xəbər verir ki, o mətbuat konfransında bunu deyib:

“Bizi gərgin oyun gözləyir. Ardıcıl iki səfər matçında çıxış etmək çətindir. Futbolçularda yorğunluq olsa da, çalışacağıq ki, nələrisə dəyişək. Komandama inanıram. Sabahkı matçda xal qazanmaq üçün daha yaxşı oynamalıyıq. Ukrayna yığması da bu görüşə final kimi yanaşır. Onlar İslandiyanı səfərdə məğlub etməklə imkanlarını artırdılar. Bakıdakı heç-heçəyə görə bizə başqa cür yanaşacaqlar. İnanıram ki, yaxşı mübarizə aparacağıq. Rəqibin kimliyindən asılı olmayaraq, futbolçularımızın hər oyunda qələbə ruhu olmasına çalışırıq. Onlara dedim ki, biz İslandiya ilə Bakıdakı matçı çox vacib edə bilərik. Bu həyəcanı yaşamağa layiqdirlər. Çox istərdim ki, İslandiya ilə matç həyəcanlı olsun”.

Həmin kateqoriyadan