- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycan premyer liqasının XI turunun “Qarabağ” – “Neftçi” oyunundan (2:0) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, mütəxəssis matç barədə fikrini bildirib:
“Başda cənab prezident olmaqla, xalqımızın bayramını təbrik edirəm. Çox böyük bir zəfər olub. Matçdan əvvəl stadionda bayram atmosferi var idi. Hər iki komandanın azarkeşinə təşəkkür etmək istəyirəm. 44-cü dəqiqədə bizim azarkeşlərlə “Neftçi” azarkeşlərinin bunu qeyd etməsi xoş oldu.
Stadionda çox gözəl azarkeşlik var idi. Oyunçularıma təşəkkür edirəm. Çox vacib qalibiyyət əldə olundu. Hər iki komandanın oyunçuları yaxşı, dinamik, sürətli futbol nümayiş etdirdi. Belə oyunların sayı çox olsa, gələcəkdə bütün komandaların inkişafı daha tez olar”.