- Baxış sayı: 37
- 22 Mart 2026 15:50
- Baxış sayı: 160
- Mart 22, 2026
- 0

“Sumqayıt” Azərbaycan premyer liqasının XXXI turunda səfərdə “Zirə”yə uduzub – 1:3.
Allsport.az xəbər verir ki, matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadov mətbuat konfransında iştirak edib:
“Çox yaxşı komandaya qarşı mübarizə apardıq. Bu komandanın əbəs yerə yuxarı pillələrdə olmamasının şahidi olduq. Bizim də yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Bu cür komandalara qarşı mübariz oyun göstərmək üçün daha da inkişaf etməliyik. Futbolçularıma təşəkkür edirəm. Qarşıda bizi ardıcıl ağır oyunlar gözləyir. Növbəti oyunlara hazırlaşacağıq”.