“Çox yaxşı oyunla qələbə qazandıq”

Çempionlar liqasının əsas mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Benfika” (Portuqaliya) – “Qarabağ” matçının (2:3) ardından baş məşqçimiz Qurban Qurbanov mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, 53 yaşlı  mütəxəssis qarşılaşmanı dəyərləndirib:

“İlk növbədə futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla qələbə qazandıq. Bu gün məğlub da ola bilərdik. Çünki matçın əvvəllərində iki top fərqi ilə geri düşmüşdük. Oyunu çevirmək heç də asan deyildi. Ancaq futbolçularda inam, mübarizədən qopmamaq və vurduğumuz ilk qol bizə qalibiyyət əldə etməyə kömək oldu. Bu, həm bizim klubun, həm də Azərbaycan futbolunun tarixində çempionlar liqasında ilk qələbədir. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm”.

Həmin kateqoriyadan