“Çoxdandır belə izdiham olmamışdı”

Azərbaycan millisi dünya çempionatının seçmə qrupunda evdə Fransa futbolçularına 1:3 yenildi. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda mətbuat konfransında “ay-ulduzlular”ımızın baş məşqçisi Ayxan Abbasov məğlubiyyətə aydınlıq gətirdi:

“İlk olaraq azarkeşlərə təşəkkür edirəm. Bu gün onlar möhtəşəm idi. Çoxdandır belə izdiham olmamışdı. Görüşə gəlincə, var gücümüzü ortaya qoyduq.

İstəkli idik, baxmayaraq ki, xeyli itkilər vardı. Oyunumuzda irəliləyiş var, bu göz önündədir. Bu mərhələdə yeni futbolçular da qazandıq.

Çətin qrupdaydıq. Fransa millisinin rıqib olması gərginliyi artırırdı. Oser faciəsinin qorxusu vardı. Amma biz göstərdik ki, heç bir rəqibdən çəkinmək lazım deyil”.

Həmin kateqoriyadan