Cüdo texnikaları imtahanı keçiriləcək

19–22 fevralda Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə cüdo texnikaları imtahanı keçiriləcək.

Allsport.az xəbər verir ki, sınaqda U-14 liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə cüdoçular iştirak edə bilərlər.

Qrafik:

19–20 fevral: Bakı və Abşeron–Xızı regionları

21–22 fevral: yalnız region klubları

Vacib qeydlər:

– İmtahanda iştirak könüllüdür;

– İmtahan xalının hesablanması üçün idmançı yarışda və ya rəsmi çəkidə mütləq iştirak etməlidir;

– Rəsmi çəki limitini 5%-dən çox aşaraq kəsilən idmançının imtahan xalı nəzərə alınmayacaq;

– Yarış nəticəsinə görə verilən xalların 70%-i, imtahanda toplanan xalların isə 30%-i ümumi balda nəzərə alınacaq.

Həmin kateqoriyadan