- Baxış sayı: 41
- 20 Mart 2026 21:23
- Baxış sayı: 191
- Mart 19, 2026
- 0

Ötən gün Avropa Oyunları çərçivəsində cüdo yarışlarına start verildi. Allsport.az xəbər verir ki, cüdo üzrə yarışların ilk günündə tatami üzərinə səkkiz idmançımız çıxıb.
Onlardan yalnız 60 kq-da çıxış edən Orxan Səfərov finala qədər irəliləyə bilib. Amma o da finalda rusiyalı Beslan Mudranova uduzaraq, gümüş medalla kifayətlənib.
Nicat Şıxəlizadə (66 kq), Leyla Əliyeva, Aişa Qurbanlı (48 kq), Səkinə Zairova (52 kq), Kifayət Qasımova (57 kq), İlqar Muşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) isə uğur qazana bilməyib.