“Çukariçki” də bizim kimi yerli futbolçularla oynayır”

“Sumqayıt” olaraq ötən mövsüm avrokubok həyacanını yaşamışdıq. Əlbəttə, az da olsa təcrübəmizin olduğunu düşünürəm. Dünən axşam məlum olan 5 potensial rəqibləri demək olar ki, analiz etmişdik”.
 
Allsport.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqiblərini – “Çukariçki”ni (Serbiya) dəyərləndirərkən deyib. O, klubun mətbuat xidmətinə açıqlamasında söyləyib:

“Onların hamısı öz liqalarının güclü klublarındandır. Püşkün nəticəsinə əsasən, Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacağıq. 94 yaşlı rəqibimiz ötən mövsüm çempionatı 3-cü pillədə bitirib. Bizim kimi onlar da, daha çox yerli futbolçuların xidmətindən yararlanır. Rəqibin Avropa təcrübəsi bizdən çox olsa da, ötən il qazandığımız təcrübənin bizə kömək olacağını düşünürəm. İndi əsas işimiz yeni mövsümə hazırlaşmaq və bu oyuna qədər komandanı hazır vəziyyətə gətirməkdir. Konfrans Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

2-ci təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə iyulun 29-da keçiriləcək.

Həmin kateqoriyadan