- Baxış sayı: 97
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Parisdə fəaliyyət göstərən Azərbaycanın “olimpiya evi”ndə avqustun 5-də beynəlxalq görüş olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə Dünya Taekvondosunun prezidenti Çunq Von Çu və müxtəlif ölkələrin taekvondo federasiyalarının rəhbərləri iştirak ediblər.
Qonaqlar burada gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva, Milli olimpiya komitəsinin baş katibi Azər Əliyevlə görüşüblər. Söhbət zamanı ali qonaq Azərbaycanda taekvondonun böyük inkişafa nail olmasından danışıb:
“Azərbaycanda taekvondonun inkişafından çox razıyam. Sizin ölkə bizim idman növünə çox böyük diqqət və qayğı göstərir. Azərbaycan taekvondo üzrə bir çox mötəbər yarışlara ev sahibliyi edib. Sizin məktəbin yetirmələri bir çox nüfuzlu, dünya səviyyəli yarışların qalibi və mükafatçısı olub. O cümlədən olimpiya oyunlarının qalibi və medalçısı da olmağı bacarıb. Paris-2024-də taekvondo yarışlarından maraqlı və gərgin mübarizə gözləyirəm”.
Görüşdə Azərbaycanın Fransada səfiri Leyla Abdullayeva, Azərbaycan nümayəndə heyətinin şef de missionu Elnur Məmmədov, Azərbaycan taekvondo federasiyasının vitse-prezidentləri Hikmət Səmədov, Niyaməddin Paşayev və digər şəxslər də iştirak ediblər.