Cuzeppe Mukera: “Tabutlarda insanları gördüm”

İtaliyalı referi Cüzeppe Mukera “C seriyasında” keçirilən “Viçensa” – “Arzinanu Valçiampu” matçında maraqlı hadisə ilə üzləşib.

Allsport.az xəbər verir ki, matçın final fitini erkən çalan təcrübəli hakim mübarizəni tez bitirdiyini anlayıb.

Cüzeppe ilə bağlı şok həqiqət üzə çıxıb.

Matçın sonunda xəstəxanaya yerləşdirilən hakim halüsinasiyalar gördüyünü deyib. Həkimlərlə danışan Mukera deyib: “Mən stadiondan çıxan insanların tabutlarla qayıtdığını gördüm. Xoşbəxtlikdən komaya düşmədim”.

Matçın 85-ci dəqiqəsində halı pisləşən hakim bu fikirləri söyləyib: “Düşünürəm ki, Allah mənə oyunu bitirməyi tapşırıb. Həkimlər dedilər ki, apardıqları yoxlamalar zamanı bədənim soyuq deyil. Komaya düşə bilərdim və ağlıma gəldi bu, son olardı”. 

Həmin kateqoriyadan