- Baxış sayı: 10
- 15 Aprel 2025 20:26
- Baxış sayı: 73
- Aprel 14, 2025
- 0
“Səbail”in yeni mövsümü üçün yay hazırlıq planı bəlli olub. Allsport.az saytı xəbər verir ki, Şahin Diniyevin komandası iyunun 27-dən iyulun 3-nə qədər məşqlərini Bakıda keçəcək.
“Dənizçilər” iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Ərzurumda “qaralar” 3 yoxlama oyununa çıxacaq. İyulun 11-də 1-ci liqa təmsilçisi “Ərzurumspor”la, 13-də isə Türkiyə superliqasından “Hatayspor”la qarışlaşacaq.
Sonucu rəqib və oyunların başlama vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək. Komandamızın Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.