- Baxış sayı: 37
- 31 Mart 2026 21:42
- Baxış sayı: 782
- Mart 30, 2026
- 0

Fəhmin Muradbəyli “Səbail”in heyətində premyer liqada ən çox oyun keçirən futbolçu adına yiyələnib. Allsport.az saytı xəbər verir ki, bu, mövsümün 8-ci turunun “Sumqayıt”la görüşündə (0:2) rəsmiləşib.
“ASCO arena”da görüş yarımmüdafiəçinin 44-cü çempionat matçı olub. Fəhmin bununla da Maudo Jarjueni arxada qoyub.Futbolçu “dənizçilər”də 3-cü mövsümünü keçirir.
O, komandasının premyer liqada debüt etdiyi 2017/18 mövsümündə 13, ötən çempionatda 24 oyun keçirib. Hər iki mövsümdə 3 qol vuran yarımmüdafiəçi cari çempionatda 7 matçda iştirak edib.