- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının 1-ci təsnifat mərhələsidə “Kəpəz”lə Moldova “Daçiya”sı arasında baş tutacaq cavab matçının hakimləri bəllidir. Allsport.az xəbər verir ki, UEFA Kişinyovda keçiriləcək görüşü gürcü referilərə tapşırıb.
Baş fit sahibi Laşa Silaqava olacaq. Ona yan xətt hakimləri Zaza Menteşaşvili ilə Levan Todriya yardım edəcək. 4-cü referi funksiyasını Qoqa Kikaçeişvili yerinə yetirəcək.
Qeyd edək ki, Bakıdakı ilk oyunda qolsuz heç-heçəyə razılaşmış “Kəpəz”lə “Daçiya”nın Moldovadakı cavab oyunu iyulun 7-də keçiriləcək və saat 19:00-da start götürəcək.